MLPRODUCTION.AZ » ML PRODUCTION Tv » BAKIDA "ƏSGƏR ÖLÜMLƏRİNƏ SON" ETİRAZ AKSİYASI - VİDEO + FOTO
BAKIDA "ƏSGƏR ÖLÜMLƏRİNƏ SON" ETİRAZ AKSİYASI - VİDEO + FOTO
13-01-2013, 00:26 Baxış: 492 Şərh: 0

Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə ölən əsgər Ceyhun Qubatovla bağlı bu gün təxminən saat 16:00-da «Fəvvarələr» meydanında aksiya keçirilib.
Rəsmilər ilkin olaraq Ceyhun Qubatovun ürək çatışmazlığından öldüyünü bildirsələr də, onun döyülərək öldürüldüyünü iddia edənlər də var. Bundan sonra «Facebook» sosial şəbəkəsində «Əsgər ölümünə SON» kampaniyasına start verilib.
Aksiya zamanı Fəvvarələr meydanında çoxsaylı gənclərin qələbəliyi olub. Onlar “Şəhidlər ölməz, vətən bölünməz!”, “Əsgərimiz ölməsin, ordu morqa dönməsin”, “Əsgər ölümlərinə son” kimi şüarlar səsləndirilib.
Aksiyada övladlarını hərbi xidmətdə itirən valideynlər də iştirak edir. Onlardan biri – Qazax rayonundan olan Nazilə Ağalarova deyir ki, orduya gedən əkiz oğullarından biri məzarda, biri də hospitaldadır.
Daha sonra aksiyaçılar əllərində Azərbaycan bayrağı meydanda yürüş edib, daha sonra Milli Parka doğru yürüş ediblər.
Burada onları polis kardonu qarşılasa da, aksiyaçılar oturaraq dağılışmaq istəmədiklərini nümayiş etdiriblər. Lakin polis israrla onlara dağılışmağı əmr edib. Aksiyaçılar bir-birlərinə davamlı olaraq polisə müqavimət göstərməyi tapşırıb və yenidən Fəvvarələr meydanına doğru geri yürüş ediblər.
Təxminən 40 dəqiqə davam edən aksiya sonunda polis tərəfindən dağıdılıb.
Aksiyanı çoxsaylı yerli və xarici jurnalistlər izləyib.
Qeyd edək ki, aksiya müstəqil gənclər tərəfindən təşkil olunmuşdu və siyasi xarakter daşımırdı.
ANN.Az

'Facebook'da paylaş

Siz sayta qonaq kimi daxil olmusunuz. Saytın bütün funksiyalarından istifadə edə bilmək üçün qeydiyyatdan keçin, yaxud öz istifadəçi adınızla daxil olun.
Məlumat
Qonaq istifadəçiləri bu xəbərə şərh yaza bilməz!